--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İldırım səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:13 1020 baxış

Əlverişsiz hava şəraiti AZAL-ın bir sıra uçuşlarının həyata keçirilməsinə mane olub

Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na planlaşdırılan bəzi Bakı-Naxçıvan-Bakı reyslərinin icrası ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, meteoroloji vəziyyət normallaşdıqdan sonra uçuşların bərpa edilməsi nəzərdə tutulur. Sərnişinlər reyslərin vaxtında baş verə biləcək dəyişikliklər barədə məlumatlandırılacaqlar.Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi və coğrafi xüsusiyyətləri bölgədəki hava şəraitinin uçuşlara təsirini artırır. Güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxması və enməsi zamanı əlavə risklər yaradır.AZAL bildirib ki, uçuşların təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanındakı vəziyyət əsasında qəbul edilmir. Marşrut boyunca, həmçinin uçuşun başlanğıc və son məntəqələrində mövcud və gözlənilən meteoroloji şərait nəzərə alınır.Təhlükəsizliyin təmin edilməsi məqsədilə ekipaj və aviasiya üzrə əməliyyat xidmətləri beynəlxalq uçuş təhlükəsizliyi standartlarına uyğun qərarlar qəbul edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda hava kəskin dəyişəcək

Next Article

Zimbabvedə ağır qəza: 25 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1044 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1120 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]

Bakı Zooparkı yenidən təşkil olunur

Aysel Əlibəyli 23 İyul 2026 · 13:02 1040 baxış Bakı Zooparkı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşdiriləcək Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək yeni […]

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Aysel Əlibəyli 12 İyun 2026 · 16:36 1126 baxış “PAŞA Kapital” İnvestisiya Şirkətində rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək […]