--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1030 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.Rəhbər heyətə bildirilib ki, respublikanın müxtəlif bölgələrində istifadəyə verilmiş 20-yə yaxın yeni hərbi infrastruktur obyektində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb. Obyektlər yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana, su təchizatı kompleksi, generatorlar, həmçinin müasir rabitə və yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunub.

Baxış zamanı General-polkovnik Zakir Həsənov hava məkanının etibarlı mühafizəsinin təmin olunması, HHM bölmələrinin döyüş hazırlığının artırılması, eləcə də arsenalda olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi və səmərəli tətbiqi ilə bağlı Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Next Article

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında əməkdaşlıq memorandumu imzalanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həyətdə maşın yumaq cərimə ilə nəticələnə bilər

Aysel Əlibəyli 31 İyul 2026 · 11:59 1028 baxış Avtomobili və xalçanı həyətdə yuyanlar hansı halda cərimələnə bilər? Elpress.az xəbər verir ki, Çoxmənzilli binaların həyətlərində avtomobil və xalça yuyulması ilə bağlı məsuliyyət məsələsi gündəmə gəlib.Qanunvericilikdə […]

57 işçi əvvəlki işinə bərpa edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:33 1038 baxış Qanunsuz işdən çıxarılan 57 nəfər əvvəlki iş yerlərinə qaytarılıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin […]

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1028 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]