--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 11:53 1030 baxış

Güclü yağış, külək və ildırım gözlənilir: FHN təhlükəsizlik qaydalarını açıqladı

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, avqustun 30-u axşamdan sentyabrın 1-dək ayrı-ayrı ərazilərdə intensiv yağış, güclü külək və şimşək müşahidə oluna bilər. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi də istisna edilmir.FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandıqda isə daha yüksək ərazilərə çəkilməyi tövsiyə edib. Güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq dayanmaq çağırışı edilib.Nazirlik kiçikhəcmli gəmilərin belə hava şəraitində dənizə çıxmamasını, güclü külək zamanı isə çimərliklərdə suya girməməsini də tövsiyə edib.İldırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağaclardan uzaq durulması, avtomobildə olan şəxslərin isə hərəkəti dayandıraraq ildırımın keçməsini gözləməsi məsləhət görülüb.FHN təhlükə ilə üzləşən şəxslərə 112 qaynar xəttinə müraciət etməyi xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Almaniya Leypsiqdəki dron insidentinə görə Rusiyanı ittiham edə bilər

Next Article

Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1048 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]

Şükürbəyliyə növbəti köç karvanı yola düşüb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:52 1032 baxış Cəbrayılın Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülüb Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib.Bu […]