--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1036 baxış

Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər

Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub.Benefisiarlar ümumilikdə 14 fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirirlər. Onlardan 187 nəfəri əsas mərkəzdə, digər şəxslər isə İsmayıllı və Bərdədə fəaliyyət göstərən “DOST Evi” filiallarında xidmətlərdən yararlanır.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin açılışı 2021-ci ilin oktyabrında keçirilib. Müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı kimi fəaliyyət göstərir.Mərkəz və filiallarında əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid insanlar təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və digər sahələr üzrə təlimlərdə iştirak edirlər.Təlim və ustad dərsləri vasitəsilə iştirakçıların yaradıcı potensialının inkişaf etdirilməsi, yeni bacarıqlar qazanması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində iş aparılır.İndiyədək DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarının xidmətlərindən ümumilikdə 1055 benefisiar yararlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna ICAO-ya Rusiya üzərində uçuşların dayandırılmasını təklif edib

Next Article

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qardaşından “102”yə şikayət edən şəxs həbs olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:01 1058 baxış Qardaşı onu işə aparmadığı üçün polislə zəng edən Sabirabad sakini 8 günlük həbs edildi Elpress.az xəbər verir ki, Sabirabad rayonunun Şıxlar kəndində qeyri-adi hadisə baş verib. […]

Azərbaycanda hava 39 dərəcəyədək qızacaq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:17 1046 baxış Sabah ölkənin bəzi bölgələrində temperatur 39°-yə yüksələcək Elpress.az xəbər verir ki, Sabah Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti hökm sürəcək.Bakıda və Abşeron yarımadasında havanın açıq […]

195E ekspres marşrutu fəaliyyətə başlayır

Aysel Əlibəyli 28 İyul 2026 · 14:04 1050 baxış Qaradağın Ələt qəsəbəsini Bayılla birləşdirən yeni ekspres avtobus xətti istifadəyə verilir Elpress.az xəbər verir ki, Sabahdan Bakıda Qaradağın Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə […]