--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Aysel Əlibəyli 26 Avqust 2026 · 10:53 1048 baxış

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Mehriban Əliyeva uzun illərdir ölkəmizdə mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, humanitar layihələrin həyata keçirilməsi istiqamətində müstəsna xidmətlər göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə verib.Birinci vitse-prezident kimi dövlət idarəçiliyində, sosial məsələlərin həllində, vətəndaş rifahının yüksəldilməsində nümayiş etdirdiyi fəaliyyət cəmiyyətdə yüksək rəğbət və ehtiramla qarşılanır.

Elpress.az kollektivi adından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, dövlətimiz və xalqımız naminə şərəfli və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Robert Köçəryanın oğlu həbs edildi

Next Article

“Sabah”ın Çempionlar Liqası zəfərinə təbriklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:48 1046 baxış Minaların aşkarlanması üçün Azərbaycana xüsusi təlim keçmiş iki it gətiriləcək Elpress.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılması və mülki […]

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1066 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Elpress.az xəbər […]

“BakuBus” çimərlik marşrutlarını açıqladı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:11 1076 baxış “BakuBus” çimərliklərə gedən avtobusların siyahısını təqdim edib Elpress.az xəbər verir ki, “BakuBus” yay mövsümü ilə əlaqədar çimərliklərə xidmət göstərən avtobus marşrutlarının siyahısını açıqlayıb. Şirkətin yaydığı məlumata […]

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 00:09 1036 baxış Elpress.az xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Yasamal rayonunda […]