--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıdan 76 istiqamətə müntəzəm aviareyslər həyata keçirilir

Aysel Əlibəyli 09 İyul 2026 · 14:56 1032 baxış

Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı ilin ilk yarısında 3,3 milyondan çox sərnişinə xidmət göstərib və hazırda 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirir.

Elpress.az xəbər verir ki, 2026-cı ilin birinci yarısında qlobal aviasiya sektorunda müşahidə olunan geosiyasi gərginliklərə və bir sıra hava məkanlarında tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Azərbaycan aviasiyası sabit fəaliyyətini qoruyub. Hesabat dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,334 milyon sərnişinə və 26 781 reysə xidmət göstərib. Sərnişinlərin təxminən 2,96 milyonu beynəlxalq istiqamətlər üzrə səyahət edib.İlk yarımildə transfer sərnişinlərinin sayında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, hava limanı vasitəsilə 275 mindən çox transfer sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artım deməkdir.Hazırda hava limanında tam xidmət göstərən, aşağıbüdcəli və hibrid model əsasında fəaliyyət göstərən ümumilikdə 40 aviaşirkət sərnişinlərə xidmət göstərir. “Air Serbia” və “FlyOne Asia” aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da genişlənməsinə imkan yaradıb və Bakıdan 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir.Bundan əlavə, ilin ilk altı ayında Azərbaycanın hava məkanında 180 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərilib. Tranzit uçuşların sayı 14,4 faiz artaraq 143 mini ötüb. Bu göstəricilər Azərbaycanın regional aviasiya və aeronaviqasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dram Teatrı yeni mövsümə böyük planlar və yeni layihələrlə hazırlaşır

Next Article

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 1084 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1034 baxış Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb. Elpress.az […]

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1070 baxış Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, […]