Ötən gün ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub
Elpress.az xəbər verir ki, Avqustun 22-si saat 10:00-a olan hava şəraiti ilə bağlı faktiki göstəricilər açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən sutka ərzində ölkə ərazisində hava əsasən yağmursuz keçib.Avqustun 21-də bəzi ərazilərdə şimal-qərb küləyi müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında saniyədə 20 metr, Culfada 19 metr, Şahbuzda isə 16 metrə çatıb.Hesabat dövründə ən yüksək temperatur Aran rayonlarında 37 dərəcəyədək yüksəlib. Naxçıvan Muxtar Respublikasında temperatur 34, Bakı və Abşeron yarımadasında 33, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.


