--:--:-- | 27 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:31 1034 baxış

Beynəlxalq hesabatda dünyanın həyat keyfiyyəti üzrə ən əlverişli ölkələrinin reytinqi açıqlanıb.

Elpress.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.Hesabata əsasən, ölkəmiz həyat keyfiyyəti göstəricisinə görə 167 ölkə arasında 81-ci sırada qərarlaşıb. Eyni zamanda Azərbaycan təhlükəsizlik reytinqində 93-cü, investisiya mühitinə görə 54-cü, biznes mühitinə görə 47-ci, təhsil sistemi üzrə isə 79-cu pillədə göstərilib.

Sənəddə Azərbaycanın əhalisinin savadlılıq səviyyəsinin maksimum – 100 bal olduğu qeyd edilir. Bildirilir ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar və icbari tibbi sığorta sistemi tibbi xidmətlərə çıxışı genişləndirib.

Hesabat müəllifləri Cənubi Qafqaz regionunu dünyanın daha təhlükəsiz bölgələrindən biri kimi qiymətləndiriblər. Azərbaycanın cinayətkarlıq səviyyəsinin aşağı olması da ölkənin mövqeyinə müsbət təsir göstərən əsas amillərdən biri kimi göstərilib.

Reytinqdə ilk sıralarda əsasən Şimali Avropa ölkələri qərarlaşıb, son pillələrdə isə uzunmüddətli münaqişələr və qeyri-sabitlik yaşayan dövlətlər yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda yanğın dörd kəndin ərazisinə yayıldı

Next Article

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qobustanda yeni avtomobil körpüləri tikiləcək

Aysel Əlibəyli 29 İyul 2026 · 11:08 1046 baxış Qobustan qəsəbəsində köhnə avtomobil körpüləri sökülərək yerində müasir standartlara uyğun yeni körpülər inşa ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, […]

İyulda qeyri-adi hava

Aysel Əlibəyli 01 İyul 2026 · 12:07 1060 baxış Yay ayının ilk günündə hava dəyişdi: Azərbaycanın əksər bölgələrində leysan, dağlarda qar müşahidə olundu İyulun ilk günündə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub. Ölkə ərazisinin əksər […]

Azərbaycanda son 5 ilin ən fərqli uşaq adları açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:05 1038 baxış Ədliyyə Nazirliyinin statistikasına əsasən, son beş ildə yeni doğulan körpələrə nadir və qeyri-adi adlar verilib. Elpress.az xəbər verir ki, Ədliyyə Nazirliyinin rəsmi statistikasına əsasən, son beş […]

Həyat qurtaran yenilik: Təcili yardım briqadaları motosikletə keçir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:50 1058 baxış Elpress.az xəbər verir ki, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində xüsusi təchiz olunmuş […]