--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Avtonom avtomobillərin qəzaları üçün yeni qaydalar hazırlana bilər

Aysel Əlibəyli 04 İyun 2026 · 11:39 1174 baxış

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə əlaqədar gələcəkdə yeni hüquqi mexanizmlərin yaradılması zərurəti yarana bilər.

Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında çıxışı zamanı bildirib.Müzakirələr zamanı deputat Tahir Mirkişili avtonom nəqliyyat vasitələrinin qəza törətdiyi hallarda məsuliyyət və cəza mexanizmlərinin necə tənzimlənəcəyinə dair sual ünvanlayıb. O qeyd edib ki, qanun layihəsində bu məsələlər ətraflı əks olunmayıb.Rəhman Hümmətov cavabında bildirib ki, avtonom nəqliyyat vasitələri ilə bağlı etik və hüquqi məsələlər hazırda dünyanın bir çox ölkəsində müzakirə olunur və bu sahədə vahid beynəlxalq standartlar hələ formalaşmayıb.Nazir müavininin sözlərinə görə, qanun qəbul edildikdən sonra məsuliyyət bölgüsü, istehsalçıların və operatorların hüquq və vəzifələri, sınaq rejiminin tətbiqi, icazə mexanizmləri və digər məsələlər üzrə əlavə normativ-hüquqi tənzimləmələr hazırlanacaq.O vurğulayıb ki, gələcəkdə bu istiqamətdə həm Mülki Məcəlləyə, həm Cinayət Məcəlləsinə, həm də digər normativ aktlara dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Rəhman Hümmətov əlavə edib ki, avtonom nəqliyyat vasitələrinin istifadəsi ilkin mərhələdə olduğundan, hüquqi bazanın təkmilləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Next Article

Keşlədə tikilini alov bürüyüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1096 baxış Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə […]

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1098 baxış MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb. Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma […]

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:13 1048 baxış DİM sədri: Ötən ilin keçid balı builki nəticəni əvvəlcədən müəyyən etmir Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi […]

Sabah 39 dərəcə isti olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:48 1072 baxış İyulun 24-də Azərbaycanda havanın 39 dərəcəyədək isinəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Bakıda və […]