--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1076 baxış

Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə dair proqnozunu açıqlayıb.Proqnoza əsasən, ay ərzində orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların miqdarının isə ümumilikdə iqlim göstəricilərinə uyğun olacağı bildirilir.Avqustun ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Bununla yanaşı, dağlıq və dağətəyi ərazilərin bəzi hissələrində qısamüddətli yağış və şimşək ehtimalı var.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28°C olacağı, gecələr 22-27°C, gündüzlər isə 30-35°C arasında dəyişəcəyi proqnozlaşdırılır. Ayın bəzi günlərində paytaxtda temperaturun 40°C-yə yaxınlaşacağı gözlənilir.Naxçıvan, Gəncə-Qazax, Aran və Mərkəzi Aran bölgələrində də isti hava şəraiti müşahidə ediləcək. Ayrı-ayrı günlərdə temperaturun 41°C-yə yaxınlaşacağı bildirilir.Qarabağ və Şərqi Zəngəzurda orta aylıq temperaturun 22-25°C, dağətəyi ərazilərdə isə 23-25°C olacağı gözlənilir. Bu ərazilərdə bəzi günlərdə temperatur 35-38°C-yə yüksələ bilər.Şimal və şimal-qərb rayonlarında havanın əsasən isti keçəcəyi, bəzi ərazilərdə isə yağıntının normadan bir qədər çox olacağı ehtimal edilir. Cənub bölgəsində isə temperaturun normaya yaxın və bir qədər yüksək olacağı, bəzi günlərdə 38°C-yə çatacağı proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Next Article

Aqil Məlikovun səhhəti ağırlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 00:09 1060 baxış Elpress.az xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Yasamal rayonunda […]

Bakının əsas yollarında sıxlıq: sürücülər tıxacda qalıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 20:24 1078 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sıxlıq səbəbindən avtomobillərin hərəkət sürəti azalıb, bəzi istiqamətlərdə sürücülər tıxacda gözləməli […]

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1040 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Ölkədə yağışlı və küləkli hava müşahidə olunur

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:02 1044 baxış Bir sıra rayonlarda leysan yağır, şimşək çaxır və güclü külək əsir Elpress.az xəbər verir ki, Azərbaycanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağış və külək müşahidə […]