--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1036 baxış

Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən bir sıra yol istismarı müəssisələrinin ləğv edilməsi barədə qərarlar qəbul olunub. Müvafiq qərarlara əsasən, həmin qurumlar fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.Ləğv olunan müəssisələr sırasında “Bakı 1 №-li Yol İstismarı”, “Bakı 5 №-li Yol İstismarı”, “Bakı 6 №-li Yol İstismarı”, “Bakı 7 №-li Yol İstismarı”, “Bakı 8 №-li Yol İstismarı”, “Bakı 9 №-li Yol İstismarı”, “Bakı 10 №-li Yol İstismarı”, eləcə də “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” və “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ləri yer alır.Qeyd edək ki, bu, AAYDA sistemində həyata keçirilən ilk ləğvetmə prosesi deyil. Daha əvvəl də Avtomobil Yollarının Yaşıllaşdırılması və Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası üzrə fəaliyyət göstərən bir sıra məhdud məsuliyyətli cəmiyyətlərin ləğvi ilə bağlı qərarlar qəbul edilmişdi. Son qərarla birlikdə agentliyin strukturunda növbəti optimallaşdırma mərhələsi həyata keçirilmiş olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dəməşqdə partlayış

Next Article

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1018 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1024 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 1072 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]