--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Zelenski “Starlink” məsələsində Makronun dəstəyindən danışıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:16 1032 baxış

Ukrayna lideri “Starlink” xidmətinin Rusiya ərazisində istifadəsi ilə bağlı danışıqlara 10-a yaxın dünya liderinin qoşulduğunu bildirib

Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun ehtiyacları üçün “Starlink” xidmətinin Rusiya ərazisində aktivləşdirilməsi ilə bağlı beynəlxalq səviyyədə danışıqlar aparıldığını açıqlayıb.Zelenskinin sözlərinə görə, bir sıra Avropa liderləri amerikalı milyarder İlon Maskı və ABŞ Prezidenti Donald Trampı Ukrayna ordusunun sözügedən xidmətdən istifadəsinə razı salmağa çalışırlar.Ukrayna Prezidenti bildirib ki, Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb bu istiqamətdə aparılan danışıqlara dəstək veriblər. Onun sözlərinə görə, ümumilikdə prosesə təxminən 10 dünya lideri cəlb olunub.Qeyd edək ki, İlon Maskın Ukraynaya “Starlink” xidmətindən Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə istifadəyə icazə vermədiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Macarıstanda AES-in fəaliyyətində problem yaranıb

Next Article

Türkiyənin bu şəhərində temperatur 46 dərəcəyə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:05 1024 baxış Ermənistan ordusunda mübahisə qanlı sonluqla başa çatıb, hərbi qulluqçu həyatını itirib Elpress.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib. Məlumata […]

Çin asteroidi vurmağa hazırlaşır

Aysel Əlibəyli 20 İyul 2026 · 17:07 1062 baxış Çin asteroidin trayektoriyasını dəyişmək üçün yeni kosmik missiya planlaşdırır Elpress.az xəbər verir ki, Çin alimləri asteroidin hərəkət trayektoriyasını dəyişdirmək məqsədilə yeni kosmik missiya hazırlayırlar. Məlumata görə, […]