--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Zelenski: “Patriot” raketləri çatışmır

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:58 1100 baxış

Zelenski: Rusiyanın atdığı 27 ballistik raketdən yalnız biri vurulub

Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik raket hücumlarının qarşısının alınması üçün istifadə olunan “Patriot” sistemlərinə raket çatışmazlığının olduğunu bildirib.Zelenskinin sözlərinə görə, Rusiya gecə ərzində Ukraynaya 35 raket və 185 müxtəlif tipli zərbə dronu göndərib. Raketlərdən 27-nin ballistik olduğu qeyd edilib. Ukrayna tərəfi isə yalnız bir ballistik raketi vurmağa nail olub.Hücumların əsas hədəfinin Kiyev olduğu, həmçinin Dnepr, Sumı, Xarkov və Poltava bölgələrinin vurulduğu bildirilib. Kiyevdə yeddi rayonun zərər gördüyü, 18 yaşayış binası, məktəb, Litva səfirliyi və bir sıra infrastruktur obyektlərinə ziyan dəydiyi açıqlanıb.Zelenski hücum nəticəsində 9 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. O, Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket təminatının artırılmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Marketdə çanta oğurlayan şəxs saxlanıldı

Next Article

Frank De Bleker AFFA-dan ayrıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda 4,5 bal gücündə zəlzələ baş verib

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:47 1066 baxış İranda baş verən zəlzələ üç vilayətdə hiss olunub Elpress.az xəbər verir ki, İranın Xuzistan vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.Zəlzələ səhər saatlarında Hüseyniyyə şəhəri yaxınlığında […]

Belqoroda raket zərbəsi: 6 nəfər ölüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:40 1066 baxış Ukraynanın Belqorod vilayətinə hücumu nəticəsində 4 nəfər yaralanıb Elpress.az xəbər verir ki, Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə raket zərbəsi endirdiyi bildirilir.Bölgə qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr […]

İran–İsrail gərginliyi: hava bazaları vuruldu

Aysel Əlibəyli 08 İyun 2026 · 19:34 1120 baxış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq bildirib ki, İsrailə məxsus strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof aviabazaları raket hücumlarının hədəfinə çevrilib və həmin […]