--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Yaponiyada dənizin dibində rekord qızıl ehtiyatı aşkarlandı

Aysel Əlibəyli 13 İyul 2026 · 11:02 1082 baxış

Yaponiya sahillərində yerləşən sualtı vulkanik kraterdə indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyası müəyyən edilib.

Elpress.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya əsasən, Tokio şəhərindən təxminən 350 kilometr cənubda, İzu adaları yaxınlığındakı Hiqaşi-Aoqaşima kalderasında rekord həcmdə qızıl ehtiyatı aşkarlanıb.Şizuoka, Vaseda və Tokio universitetlərinin alimləri hidrotermal yataqlardan robot qollar vasitəsilə götürdükləri qaya nümunələrini müasir analiz üsulları ilə araşdıraraq okeanın dibində çılpaq gözlə görünməyən “görünməz qızıl” yataqlarını müəyyən ediblər.Tədqiqatın nəticələrinə görə, qızıl hissəcikləri “saxta qızıl” kimi tanınan pirit mineralının daxilində atom və nanopartikül formasında yerləşir. Alimlər bildirirlər ki, bu bölgədəki pirit yataqları hazırda dünyada qeydə alınan ən yüksək qızıl konsentrasiyasına malikdir.Mütəxəssislərin sözlərinə görə, yatağın digər oxşar sahələrə nisbətən daha dayaz dərinlikdə yerləşməsi gələcəkdə hasilat baxımından üstünlük yarada bilər. Bununla yanaşı, onlar dərin dəniz mədənçiliyinin mərcanlar, süngərlər, xərçəngkimilər və digər dəniz canlılarının yaşadığı həssas ekosistemlər üçün ciddi risklər daşıdığını da vurğulayırlar.Hazırda dünyada kommersiya məqsədilə fəaliyyət göstərən dərin dəniz qızıl mədənləri mövcud olmasa da, Yaponiya bu sahədə araşdırmalarını davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Next Article

İranın PUA hücumu zamanı 6 ABŞ hərbçisi ölüb, 60-dan çoxu yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampın Putinlə bağlı açıqlamasına mediadan şübhə

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 18:42 1092 baxış ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğu barədə açıqlaması gündəmə gəlib. Elpress.az xəbər […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1060 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]

Monteneqroda saxlanılan “Rybar” təsisçisi Rusiyaya qayıdıb

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 16:03 1066 baxış “Rybar” layihəsinin təsisçisi Mixail Zvinçuk Monteneqrodan deportasiya edildikdən sonra həyat yoldaşı ilə birlikdə Rusiyaya dönüb. Elpress.az xəbər verir ki, onun hava limanında çəkilmiş görüntülərini “Zvezda” telekanalı […]