--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Mask Ukraynaya “Starlink” icazəsi verə bilər

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:05 1032 baxış

İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr üçün “Starlink”dən istifadəsinə razı ola bilər

Elpress.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə qarşı əməliyyatlarda “Starlink” sistemindən istifadəsinə icazə verməyə hazır olduğunu bildirib.“Financial Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Mask Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova belə bir icazənin mümkün olduğunu, lakin qərarın siyasi xarakter daşıdığını və bunun üçün Ağ Evin təsdiqinin lazım gəldiyini deyib.

Məlumata əsasən, Kiyev “Starlink”lə təchiz edilmiş dronlardan Rusiyanın dərinliklərində yerləşən hədəflərə, o cümlədən raket buraxılış məntəqələrinə qarşı istifadə imkanını genişləndirmək istəyir. Daha əvvəl bu məqsədlə Rusiyanın ərazisinin 200 kilometrədək dərinliyində əməliyyatların mümkünlüyü müzakirə olunub. Ukraynanın bu imkanından istifadəsi ilə bağlı yekun qərarın ABŞ administrasiyasından asılı olduğu bildirilir. Məsələ ilə bağlı Fyodorov “Financial Times”a şərh verməkdən imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Next Article

Qırğız ekspert ŞƏT-in Bişkek toplantısını yüksək qiymətləndirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq etdi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:52 1062 baxış İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Elpress.az xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-la münasibətlərə dair […]

Kiyevə dron hücumunda azyaşlı ölüb

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:48 1034 baxış Podolsk rayonuna PUA zərbəsi nəticəsində ərazidə dağıntı və itki qeydə alınıb Elpress.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə dron hücumu nəticəsində azyaşlı həyatını itirib.“Ukraynskaya Pravda”nın məlumatına […]

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:22 1040 baxış Türkiyə hökuməti Qara dənizdə hücumların artması fonunda Boğazlardan kommersiya gəmilərinin keçidinə nəzarəti sərtləşdirib Elpress.az xəbər verir ki, Türkiyə Qara dənizdə Rusiya və Ukrayna ilə əlaqəli gəmilərə […]