--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Macarıstanda AES-in fəaliyyətində problem yaranıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:10 1048 baxış

Pakş Atom Elektrik Stansiyasının tam gücü ilə fəaliyyətini bərpa edəcəyi tarix açıqlanıb

Elpress.az xəbər verir ki, Macarıstanın Pakş şəhərində yerləşən Atom Elektrik Stansiyasının (AES) avqustun 26-da tam gücü ilə fəaliyyətini bərpa etməsi gözlənilir.

bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. O, Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən fəaliyyəti dayandırılan 3 saylı enerji blokunun yenidən işə salınması prosesində iştirak edib.Hazırda 3 saylı enerji blokuna aid 6 saylı turbinin elektrik şəbəkəsinə qoşulmasına başlanılıb. Baş nazirin sözlərinə görə, turbinin tam gücə çatdırılması prosesi təxminən 49 saat davam edir və hazırda son mərhələyə keçilib.Son həftələr ərzində stansiyanın səkkiz turbinindən yalnız ikisi işləyib və təxminən 500 meqavat elektrik enerjisi istehsal olunub. Üçüncü turbinin yenidən fəaliyyətə başlaması üçün AES yaxınlığında Dunay çayında suyun səviyyəsinin yüksəldilməsi və çayın dibində xüsusi maneənin yaradılması təmin edilib.Qeyd olunur ki, Avropada müşahidə olunan anomal isti hava və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi Pakş AES-in dörd enerji blokundan üçünün müvəqqəti dayandırılmasına səbəb olub. Daha əvvəl stansiyanın tam gücü ilə avqustun 27-28-də fəaliyyətə başlayacağı bildirilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Next Article

Zelenski “Starlink” məsələsində Makronun dəstəyindən danışıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ratko Mladiç Haaqada vəfat edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:36 1042 baxış Bosniya serblərinin keçmiş hərbi komandanı 84 yaşında həbsxanada ölüb Elpress.az xəbər verir ki, Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç 84 yaşında Haaqada vəfat edib. Onun ölümü […]

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Aysel Əlibəyli 19 İyun 2026 · 18:41 1136 baxış İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 47 nəfərə çatıb. Elpress.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, hücumlar zamanı […]

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:46 1032 baxış Əbu-Dabi İranın kommersiya gəmisinə zərbə endirməsini pisləyərək hücumların dayandırılmasına çağırıb Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranın Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmini […]

Uqandada aclıq dərinləşir

Aysel Əlibəyli 27 İyul 2026 · 12:20 1056 baxış Aclıqdan ölənlərin sayının artmasından sonra Uqandada ərzaq yardımı paylanmağa başlanıb Elpress.az xəbər verir ki, Uqanda hökuməti ölkənin şərqində yerləşən Karamoca bölgəsində aclıqdan 19 nəfərin ölməsindən sonra […]