--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Aysel Əlibəyli 03 İyun 2026 · 11:32 1204 baxış

Küveyt Beynəlxalq Hava Limanına edilən hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının əsas sərnişin terminalının (T1) İranın pilotsuz uçuş aparatları və raketləri ilə vurulmasından sonra fövqəladə hallar planının aktivləşdirildiyini açıqlayıb.Məlumata görə, hücum nəticəsində hava limanının bir neçə obyektinə ciddi ziyan dəyib, həmçinin xəsarət alanların olduğu bildirilib.Rəsmi açıqlamada qeyd olunub ki, təhlükəsizlik səbəbindən Küveyt Beynəlxalq Hava Limanından həyata keçirilən bütün uçuşlar müvəqqəti dayandırılıb. Ölkəyə gələn təyyarələr isə növbəti göstəriş verilənədək alternativ hava limanlarına istiqamətləndirilib.Hazırda texniki, təhlükəsizlik və fövqəladə hallar qrupları zərərin miqyasını müəyyənləşdirir və infrastrukturun bərpası istiqamətində işlər aparırlar. Eyni zamanda, yaralanan şəxslərin vəziyyəti nəzarətdə saxlanılır, sərnişinlərin və hava limanı əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görülür.Bununla yanaşı, Küveyt Müdafiə Nazirliyi ölkə vətəndaşlarına və əcnəbi sakinlərə müraciət edərək hava hücumlarının qarşısının alınması zamanı yaranmış qalıqlara, qəlpələrə və mənşəyi bilinməyən əşyalara yaxınlaşmamağı tövsiyə edib. Nazirlik belə predmetlərin təhlükə yarada biləcəyini vurğulayaraq, onların aşkarlandığı halda aidiyyəti qurumlara məlumat verilməsini istəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Next Article

Anar Bayramovdan yeni kadr qərarı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cevdet Yılmaz: Türkiyəyə yeni mülki Konstitusiya lazımdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:08 1094 baxış Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin hərbi çevrilişlər dövründə qəbul edilən Konstitusiyadan imtina etməsinin vacibliyini vurğulayıb. Elpress.az məlumat verir ki , Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “24 TV” […]

Tramp: Ukraynanın zərbələri Rusiyada dizel qıtlığı yaradıb

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:26 1070 baxış ABŞ Prezidenti Zelenskidən Rusiyada dizel yanacağı anbarlarına hücumları dayandırmağı tələb edib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyada dizel yanacağı anbarlarına zərbələr endirməsinin […]

İranda silahlı toqquşmada 3 SEPAH üzvü ölüb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:33 1048 baxış Sistan və Bəlucistanda əməliyyat zamanı terrorçu qrupun 4 üzvü də öldürülüb Elpress.az xəbər verir ki, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində SEPAH qüvvələri ilə […]

İran ABŞ-a və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:37 1090 baxış Tehran ABŞ-ın yeni hücumu halında regiondakı hərbi bazaların hədəfə alınacağını bildirib Elpress.az xəbər verir ki, İran ABŞ-a və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib.“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında […]