--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İran və Misir XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:49 1056 baxış

Nazirlər diplomatik danışıqlara qayıdış və regional sabitliyin təmin olunması yollarını nəzərdən keçirib

Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Misirin xarici işlər naziri Bədr Əbdüləti arasında telefon danışığı baş tutub.İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər regionda mövcud vəziyyəti və gərginliyin azaldılması istiqamətində görülən tədbirləri müzakirə ediblər. Söhbət zamanı diplomatik prosesə qayıdış imkanları da nəzərdən keçirilib.Nazirlər Oman və İran arasında aparılan danışıqlar, həmçinin ABŞ və İran arasında hərtərəfli və davamlı razılaşmanın əldə olunmasına yönəlmiş anlaşma memorandumunun icrası barədə fikir mübadiləsi aparıblar.Bədr Əbdüləti regionda təhlükəsizlik və sabitliyin bərpasına imkan verəcək diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, beynəlxalq gəmiçiliyin sərbəstliyinin qorunmasının, Körfəz ölkələrinin təhlükəsizliyinə hörmət edilməsinin və region xalqlarının maraqlarının nəzərə alınmasının əhəmiyyətini qeyd edib.Abbas Əraqçi isə regionda baş verən son hadisələr və danışıqlar prosesində yaranan çətinliklərlə bağlı mövqeyini qarşı tərəflə bölüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Next Article

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Niderlandda su qıtlığı rejimi elan edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 00:18 1070 baxış Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – “faktiki su qıtlığı” rejimi elan edib. […]

Türkiyə bayrağını yandıran qadın saxlanılıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:34 1044 baxış Muğlada Türkiyə bayrağını yandırmaqda şübhəli bilinən 31 yaşlı qadın həbs edilib Elpress.az xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Türkiyə bayrağının yandırılması ilə bağlı hadisə baş verib.Hadisə […]

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1148 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]