--:--:-- | 08 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İordaniya İranın beş raketini zərərsizləşdirib

Aysel Əlibəyli 29 İyul 2026 · 10:54 1036 baxış

İordaniya Silahlı Qüvvələri İran tərəfindən buraxılan beş ballistik raketin hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edildiyini açıqlayıb.

Elpress.az xəbər verir ki, İordaniya Silahlı Qüvvələri İranın ölkə ərazisinə doğru buraxdığı növbəti raket hücumunun qarşısının alındığını bildirib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfindən buraxılan beş ballistik raketi havada zərərsizləşdirib.

Silahlı Qüvvələrin Baş Komandanlığının nümayəndəsi əməliyyatın təsdiq edilmiş döyüş qaydalarına uyğun həyata keçirildiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda təhlükəli liftin istismarı dayandırılıb

Next Article

Ukraynanın hücumlarında 5 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Boeing” istehsalı artırır

Aysel Əlibəyli 19 İyul 2026 · 22:59 1034 baxış “Boeing” “Patriot” raketləri üçün istehsalı genişləndirəcək Elpress.az xəbər verir ki, ABŞ-ın “Boeing” şirkəti “Patriot” hava hücumundan müdafiə sisteminin PAC-3 raketləri üçün tuşlama başlıqlarının istehsalını artıracağını açıqlayıb.Məlumata […]

Türkiyədə meşə yanğınları davam edir

Aysel Əlibəyli 18 İyul 2026 · 16:22 1034 baxış İzmir və Kütahyada meşə yanğınları ilə mübarizə aparılır Elpress.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.İzmirin Narlıdərə […]