--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

BƏƏ İranı gəmilərə hücumda ittiham edib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:02 1042 baxış

BƏƏ: İran Hörmüz boğazından keçən iki gəmini hədəfə alıb

Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranı dövlətə məxsus ADNOC şirkəti ilə əlaqəli iki gəmini Hörmüz boğazında hədəfə almaqda ittiham edib.BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə gəmilər boğazdan keçərkən baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb.ADNOC da iki gəmisinin hücuma məruz qaldığını təsdiqləyərək vəziyyətin nəzarət altında olduğunu açıqlayıb. Gəmilərin adları, daşıdıqları yük və onlara dəyən zərərin həcmi barədə məlumat verilməyib.BƏƏ XİN hadisəni İranın “düşmənçilik xarakterli hücumu” kimi qiymətləndirib və İran İslam İnqilabı Keşikçiləri Korpusunu kommersiya gəmiçiliyini hədəfə almaqda ittiham edib. Nazirlik bu cür hücumların regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün risk yaratdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazında tankerə dron zərbəsi endirilib

Next Article

Toxumçuluq sahəsində yeni rüsumlar müəyyənləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

G7 qlobal böhranlara və müharibələrə qarşı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:39 1116 baxış Fransanın Evian-le-Bən şəhərində start götürən G7 sammitində ittifaq liderləri ilə yanaşı, Braziliya, Hindistan, Cənubi Koreya, Keniya və Misir kimi dəvətli dövlətlərin rəhbərləri qlobal iqtisadi və geosiyasi […]

İran dron istehsalını sürətlə bərpa edir

Elşən 21 May 2026 · 12:38 1119 baxış ABŞ kəşfiyyat orqanlarının yeni qiymətləndirmələrinə görə, İranın hərbi-sənaye kompleksi gözləniləndən daha sürətlə bərpa olunur və ölkə artıq pilotsuz uçuş aparatlarının – xüsusilə də hücum tipli dronların istehsalını […]

Paşinyan Aİİ ilə bağlı sərt xəbərdarlıq etdi

Aysel Əlibəyli 29 İyul 2026 · 16:47 1066 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyəti ilə bağlı narazılığını ifadə edərək, təşkilatın gələcəyinə dair ciddi xəbərdarlıq səsləndirib. Elpress.az xəbər verir ki, Paşinyan […]

Papa Ukrayna münaqişəsi ilə bağlı danışıqlara ümid edir

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:49 1028 baxış XIV Leo diplomatik səylərin konkret nəticələr verməsini arzulayıb Elpress.az xəbər verir ki, Roma Papası XIV Leo Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan diplomatik təşəbbüslərin nəticə verməsini arzulayıb.O, […]