--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:16 1046 baxış

İqlim Forumunda gənclərin qərarvermə proseslərinə daha fəal cəlb olunmasının vacibliyi vurğulanıb

Elpress.az xəbər verir ki, Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Youth-led Climate Forum”da gənclərin iqlim dəyişikliyi ilə mübarizədə iştirakı və onların qərarvermə proseslərində rolunun artırılması məsələləri müzakirə olunub.Tədbirdə iqlim sahəsində qəbul edilən öhdəliklərin real nəticələrə çevrilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların iqlim siyasətində iştirak imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.COP31-in Gənclər üzrə İqlim Çempionu Salli Higgins bildirib ki, iqlim fəaliyyətinin uğuru yalnız verilən vədlərlə deyil, onların praktiki nəticələri ilə qiymətləndirilməlidir. Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsinin 35 yaşdan aşağı olması gəncləri iqlim mübarizəsində əsas qüvvələrdən birinə çevirir.Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev isə gənclərin iqlim prosesində rolunun yalnız gələcəklə əlaqələndirilməsinin doğru olmadığını deyib. O qeyd edib ki, bu gün qəbul edilən qərarlar birbaşa gənc nəslin gələcəyinə təsir göstərir və onların bilik, ideya və seçimləri qarşıdakı dövrün formalaşmasında mühüm əhəmiyyət daşıyır.Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, uşaqlar və gənclər iqlim dəyişmələrinə ən az təsir edən qruplar sırasında olsalar da, onların nəticələrdən zərər görmə ehtimalı daha yüksəkdir.Rəfiyev gənclərin iqlim həllərinin hazırlanmasında iştirak etdiyini, innovasiyaları təşviq etdiyini və daha fəal iqlim siyasətinə çağırışlar etdiyini qeyd edib. Onun fikrincə, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qərar qəbuletmə proseslərinə real şəkildə cəlb olunması dayanıqlı, aşağı karbonlu və iqlim dəyişmələrinə davamlı gələcəyin qurulması üçün vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

COP31-də iqlim maarifləndirilməsinin genişləndirilməsi planlaşdırılır

Next Article

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ Tatarıstan rəhbərinə qarşı sanksiya tətbiq edib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:47 1068 baxış Rüstəm Minnixanovun da daxil olduğu 10 şəxs və 17 qurum məhdudiyyətlərə məruz qalıb Elpress.az xəbər verir ki, Avropa İttifaqı Şurası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanova qarşı […]

Dunayda İkinci Dünya müharibəsindən qalan bomba itkin düşüb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:48 1076 baxış Budapeştdə çayın dibində aşkarlanan aviasiya bombası güclü axının təsiri ilə yerini dəyişib Elpress.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında İkinci Dünya müharibəsi dövrünə aid […]

Türkiyə Azərbaycan şəhidlərini ehtiramla yad edib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:44 1058 baxış Milli Müdafiə Nazirliyi Anım Günü münasibətilə paylaşım yayıb Elpress.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan şəhidlərinin xatirəsini […]

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1110 baxış Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb. Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap […]