--:--:-- | 27 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Aysel Əlibəyli 31 İyul 2026 · 12:56 1038 baxış

Avstriyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Elpress.az xəbər verir ki, Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar paketini təsdiqləyib.Qanun layihəsinə əsasən, 14 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməyəcək. Qaydaların gələn ildən qüvvəyə minməsi planlaşdırılır və sosial media platformaları üçün 2027-ci il aprelin 1-dək keçid müddəti müəyyənləşdirilib.Bu müddət ərzində platformalar uşaqlarda asılılıq yarada biləcək funksiyaları aradan qaldırmalı və ya onların azyaşlı istifadəçilər üçün əlçatanlığını məhdudlaşdırmalıdır. Tələbləri pozan şirkətləri illik dövriyyələrinin 6 faizinə qədər cərimə gözləyir.Bundan başqa, böyüklər üçün nəzərdə tutulan saytlara giriş də yaş təsdiqindən sonra mümkün olacaq. Yaş yoxlamasının ID Austria sistemi və ya özəl xidmətlər vasitəsilə aparılması nəzərdə tutulur. Sayt sahiblərinə istifadəçinin digər şəxsi məlumatları deyil, yalnız onun 18 yaşdan yuxarı olduğunu təsdiqləyən məlumat təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güləşçimiz dünya çempionatında uduzdu

Next Article

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1060 baxış Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində […]

“Patriot” istehsalçıları Ukrayna lisenziyasından narahatdır

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:07 1020 baxış KİV: “Lockheed Martin” və “Raytheon” “Patriot” istehsalının Ukraynaya verilməsinə qarşıdır Elpress.az xəbər verir ki, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edən “Lockheed Martin” və “Raytheon” […]

Suriyada faciəvi qəza: 35 nəfər həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 17:59 1034 baxış Suriyada iki avtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi çoxsaylı insan itkisi ilə nəticələnib. Elpress.az xəbər verir ki, ölkənin paytaxtı Dəməşqi Deyr-əz-Zor vilayəti ilə birləşdirən […]

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1016 baxış KİV: ABŞ ordusu İranla müharibə zamanı “MQ-9 Reaper” PUA-larının təxminən 25 faizini itirib Elpress.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı “MQ-9 Reaper” tipli […]