--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Avropa səmasında böhran təhlükəsi: IATA-dan kritik açıqlama

Aysel Əlibəyli 06 İyun 2026 · 17:56 1116 baxış

Avropada tətbiqi nəzərdə tutulan yeni sərhəd nəzarət sistemi hava nəqliyyatında ciddi problemlər yarada bilər.

Elpress.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Schvartzman bildirib ki, Avropa Giriş-Çıxış Sistemi (EES) aviasiya sektoru üçün narahatlıq doğurmaqda davam edir.Onun sözlərinə görə, artıq bir sıra Avropa ölkələrində reyslərin əlaqələndirilməsi zamanı gecikmələr və fasilələr qeydə alınır. Yay mövsümündə sərnişin axınının artacağı nəzərə alınarsa, vaxtında tədbir görülmədiyi halda vəziyyət daha da mürəkkəbləşə bilər.IATA rəsmisi hesab edir ki, sərhəd-keçid məntəqələrində işçi qüvvəsinin artırılması, özünəxidmət terminallarının fasiləsiz fəaliyyəti və sistemin bütün Avropa üzrə vahid şəkildə tətbiqi vacibdir.Qeyd olunub ki, yeni sistemin effektiv işləməsi həm sərnişin rahatlığı, həm də hava nəqliyyatında dayanıqlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan “Sıfır Tullantı” Forumunda beynəlxalq diqqət mərkəzində

Next Article

Oğlunun yasından çıxmamış ata da həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

HƏMAS rəhbərindən ilk çağırış

Aysel Əlibəyli 23 İyul 2026 · 01:45 1016 baxış HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə ilk çıxışında bütün Fələstin siyasi qruplarını milli birlik və dialoqa çağırıb. Elpress.az xəbər verir ki, o, Fələstin xalqının birliyinin […]

Türk serialı Çində etiraz doğurdu

Aysel Əlibəyli 18 İyul 2026 · 16:35 1018 baxış “Mehmed: Fethlər Sultanı” serialındakı səhnə Çində qalmaqala səbəb oldu Elpress.az xəbər verir ki, Türkiyənin TRT 1 kanalında yayımlanan “Mehmed: Fethlər Sultanı” serialının son bölümlərindən birində yer […]