--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Aysel Əlibəyli 02 İyun 2026 · 11:07 91 baxış

ABŞ administrasiyası Afrikada viza xidmətləri göstərən səfirlik və konsulluqlarının sayını nəzərəçarpacaq dərəcədə azaltmağa hazırlaşır. Planın diplomatik şəbəkənin yenidən təşkili və fəaliyyətin daha effektiv qurulması məqsədi daşıdığı bildirilir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, hazırda viza müraciətlərini qəbul edən 50 diplomatik nümayəndəliyin sayının 20-yə endirilməsi nəzərdə tutulur. Dəyişikliklərin yaxın həftələr ərzində qüvvəyə minəcəyi gözlənilir.Bununla belə, sözügedən səfirlik və konsulluqlar fəaliyyətlərini davam etdirəcək, ABŞ vətəndaşlarına konsulluq xidmətləri göstərəcək, həmçinin xüsusi hallarda viza müraciətlərini qəbul edib qiymətləndirəcəklər.AP agentliyinin məlumatına görə, bu qərar Vaşinqtonun immiqrasiya siyasətinin sərtləşdirilməsi, eləcə də viza müddəti başa çatdıqdan sonra ölkədə qanunsuz yaşayan şəxslərə qarşı mübarizə tədbirlərinin bir hissəsi hesab olunur.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası son aylarda immiqrasiyaya nəzarətin gücləndirilməsi və daha sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Enerji sektorunda sabitlik sual altındadır

Next Article

20 Ballıq Cərimə Həddi Artırılır?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Böyük Britaniya “Ryanair”in qaydalarını araşdırır

Aysel Əlibəyli 11 İyun 2026 · 13:45 38 baxış Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviadaşıyıcı Ryanair ilə bağlı araşdırmaya start verib. Elpress.az xəbər verir ki, araşdırma şirkətin valideynlərdən uşaqları ilə yanaşı oturmaq […]

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 79 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]