--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:10 1036 baxış

Tomas Veyr Pauken Çin kəşfiyyatının tapşırıqlarını yerinə yetirdiyini etiraf edib

Elpress.az xəbər verir ki, ABŞ-də jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Pauken Amerika vətəndaşlığından Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin fəaliyyətini dəstəkləmək, potensial agentlərin cəlb edilməsinə və məxfi məlumatların əldə olunmasına kömək etmək məqsədilə istifadə edib.ABŞ baş prokurorunun köməkçisi Con Eyzenberq bildirib ki, Pauken bu fəaliyyətinə görə pul alıb və ölkəsinə xəyanət edib.İyunun 5-də keçirilən məhkəmə prosesində Pauken xarici hökumətin agenti kimi fəaliyyət göstərdiyini və Çin kəşfiyyatının göstərişlərini yerinə yetirdiyini etiraf edib.Təxminən 15 il Çində yaşayan Pauken jurnalist kimi fəaliyyət göstərib. O, Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin media orqanlarında yazılar dərc etdirib və televiziya proqramlarında ekspert qismində çıxış edib.Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Pauken ən azı 2019-cu ildən 2026-cı ilədək Çin xüsusi xidmət orqanlarının, o cümlədən Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin müxtəlif tapşırıqlarını icra edib.Məlumata görə, jurnalist bu fəaliyyətinin qarşılığında Çin kəşfiyyatındakı kuratorundan ən azı 100 min dollar alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Real”ın müdafiəçisi sərxoş halda avtomobil idarə edib

Next Article

Qısaldılmış iş vaxtının şamil olunduğu şəxslər açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kosovoda deputat Baş nazirə yumurta atdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:18 1040 baxış Müxalifət deputatının etirazından sonra Kosovo parlamentində iclas dayandırılıb Elpress.az xəbər verir ki, Kosovo parlamentində siyasi gərginlik yaşanıb. Müxalifət deputatı Time Kadriyay Baş nazir Albin Kurtinin çıxışı […]

ABŞ Şərqi Sakit okeanda şübhəli gəmini vurdu

Elşən 25 Aprel 2026 · 07:01 1111 baxış ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən bir gəmiyə zərbə endirildiyini açıqlayıb. Qurumun bildirdiyinə görə, kəşfiyyat məlumatları həmin gəminin regionda məşhur qaçaqmalçılıq marşrutları […]

COP31 iştirakçılarına viza proseduru sadələşdiriləcək

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:07 1030 baxış Türkiyə COP31 nümayəndələri üçün xüsusi viza rejimi tətbiq edəcək Elpress.az xəbər verir ki, COP31-də iştirak edəcək nümayəndələr üçün Türkiyədə viza prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.Bildirilib ki, konfransda […]

İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq etdi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:52 1064 baxış İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Elpress.az xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-la münasibətlərə dair […]