ABŞ-də qeyri-adi hadisə: 100-ə yaxın pişiyi evində antisanitar şəraitdə saxlayan 77 yaşlı qadın saxlanılıb
Elpress.az xəbər verir ki, ABŞ-də 77 yaşlı Geyl Custino evində antisanitar şəraitdə yüzə yaxın pişik saxladığı üçün hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İstintaqın məlumatına görə, kondisioneri işləməyən evdə temperatur 40 dərəcədən yuxarı olub, döşəmələr isə nəcis qatı ilə örtülüb. Məlum olub ki, ev sahibi 2014-cü ildən bəri heyvanların saxlanması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilsə də, vəziyyət daha da pisləşib.Qadına qarşı heyvanlarla qəddar rəftar etmə və lazımi şərait yaratmama maddələri üzrə ittiham irəli sürülüb. Polis bildirib ki, qadın heyvanlara kömək etdiyini düşünsə də, əməlləri onların əzab çəkməsinə səbəb olub. Xilas edilən pişiklər sahiblərinə qaytarılmağa başlanılıb, qadının isə psixi yardım alacağı gözlənilir.


