--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

19 yaşlı tələbədən dostuna 112 milyonluq miras

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:07 1084 baxış

Şanxayda yaşayan gəncin valideynlərini kənarda qoyub servetini uşaqlıq dostuna vəsiyyət etməsi gündəm olub

Elpress.az xəbər verir ki, Çinin Şanxay şəhərində 19 yaşlı tələbə Li təxminən 20 milyon yuan (112 milyon TL / 5.7 milyon manat) dəyərindəki mülkünü və birikimlərini valideynlərinə deyil, uşaqlıq dostuna bağışlayan notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə imzalayıb. Valideynlərinin boşanaraq başqa şəxslərlə ailə qurmasından sonra özünü təcrid olunmuş hiss edən gənclə ailəsi arasında mənəvi bağlar qopub. Ekstremal idman növləri ilə məşğul olan Li, mümkün qəza zamanı mirasının valideynlərinin yeni həyat yoldaşlarına qalmasını istəmədiyini və yalnız uşaqlıq dostuna etibar etdiyini vurğulayıb.​Rəsmi qeydiyyata alınan bu addım Çində gənclər arasında vəsiyyətnamə tərtib etmək meylinin son illərdə kəskin artdığını bir daha göstərir. Rəsmi qaydalara əsasən, vəsiyyət qüvvəyə mindikdən sonra dostunun mirası qəbul etmək üçün 60 gün vaxtı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arı hücumuna məruz qalan usta vəfat etdi

Next Article

Şimpanzelərin insana bənzər dialoq etiketi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Aysel Əlibəyli 04 İyul 2026 · 08:50 1186 baxış Elpress.az xəbər verir ki, Fransa Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbi texnika və qüvvələr yerləşdirib. Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Yaxın […]

İranda daha bir məhbusun edam hökmü icra olundu

Aysel Əlibəyli 27 İyun 2026 · 20:34 1170 baxış İranda ölüm cəzasına məhkum edilən şəxs edam edildi İranda daha bir məhbusun edam hökmü icra olunub. Məlumata görə, Semnan həbsxanasında qətl ittihamı ilə ölüm cəzasına məhkum […]