--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

KİV: Qara dənizdə hücumlar dəniz daşımalarına ciddi təsir göstərib

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:20 1052 baxış

Rusiyanın Qara dənizdə mülki gəmilər və liman infrastrukturuna endirdiyi zərbələrin bölgədə dəniz nəqliyyatına ciddi təsir göstərdiyi iddia olunur.

Elpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalı məlumat yayıb.Nəşrin yazdığına görə, vəziyyət yeni ixrac mövsümünə qədər dəyişməzsə, bu, qlobal ərzaq bazarında ciddi problemlər yarada bilər. Bildirilir ki, dəniz dəhlizi formal olaraq açıq qalsa da, raket və pilotsuz uçuş aparatları ilə hücum riski səbəbindən bir çox gəmi sahibi marşrutdan istifadə etməkdən çəkinir.Məlumata əsasən, Ukrayna tərəfi iyul ayı ərzində Rusiya tərəfindən limanlarda və dənizdə ümumilikdə 57 Ukrayna və xarici ticarət gəmisinə zərbə endirildiyini bildirib. Nəticədə taxıl ixracının təxminən üç dəfə azaldığı, dəniz daşımalarının qiymətinin isə demək olar ki, iki dəfə artdığı qeyd olunur.Jurnal vurğulayır ki, Qara dəniz limanları Ukraynanın əsas ixrac marşrutlarından biridir. Kənd təsərrüfatı məhsullarının böyük hissəsi, eləcə də metallurgiya və dağ-mədən sənayesi məhsulları məhz bu limanlar vasitəsilə dünya bazarına çıxarılır.

Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirməsinə görə, 2026-cı ildə ixrac gəlirlərində birbaşa itkilərin 1,5–3 milyard ABŞ dolları arasında olacağı proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Araşdırma: Çöldə yaşayan pişiyi ev mühitinə öyrətmək zənn edildiyindən daha asandır

Next Article

Bu gün bəzi ərazilərdə elektrik enerjisi məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1048 baxış Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik […]

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:03 1032 baxış COP31 məkanında “Mavi Zona” və “Yaşıl Zona” eyni ərazidə yerləşəcək Elpress.az xəbər verir ki, COP31-in keçiriləcəyi Türkiyənin Antalya şəhərində tədbir üçün genişmiqyaslı hazırlıq işləri aparılıb. Konfransın […]

İran İraqa dronlarla zərbə endirdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:20 1052 baxış İraqın Süleymaniyyə bölgəsində İranın hücumu olduğu ehtimal edilən partlayışlar baş verib Elpress.az xəbər verir ki, İraqın şimalında yerləşən Süleymaniyyə bölgəsində səhər saatlarında dron hücumlarından sonra silah […]

ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü

Aysel Əlibəyli 21 İyun 2026 · 19:32 1146 baxış Merilenddə baş verən təyyarə qəzasında pilot və iki sərnişin həyatını itirib. Elpress.az-ın məlumatına əsasən, ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzası baş verib.Gecə saatlarında qeydə alınan hadisə […]