--:--:-- | 28 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1026 baxış

Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun müxtəlif ərazilərində məcratəmizləmə və sahilbərkitmə işləri aparılır.

Məlumata görə, hazırda Talaçayın sağ və sol sahillərində, eləcə də Muxaxçay, Katexçay və Bəkməzçay ərazilərində sel riski yüksək olan zonalarda ağır texnikalar vasitəsilə mühafizə tədbirləri görülür. İşlərin məqsədi yaşayış məntəqələrini, kənd təsərrüfatı sahələrini və mühəndis-kommunikasiya infrastrukturunu sel və daşqınların yaratdığı təhlükələrdən qorumaqdır.

Bununla yanaşı, rayon əhalisinin fasiləsiz içməli su ilə təmin olunması istiqamətində də işlər davam etdirilir. Son günlər yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün qəzalar operativ şəkildə aradan qaldırılır və su mənbələrində bərpa tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iyul ayında şimal-qərb bölgəsində müşahidə olunan güclü leysan yağışları nəticəsində dağ çaylarından sel keçmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ərazilərə ağır texnikalar cəlb edilərək təxirəsalınmaz tədbirlər görülmüşdü. Hazırda rayonun bütün dağ çaylarında vəziyyət nəzarətdə saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinə yeni şöbə rəisi təyin olunub

Next Article

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1024 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Elpress.az xəbər […]

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 10:20 1026 baxış Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub. Elpress.az xəbər verir ki, 39 yaşlı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı […]

“Azeri Light” neftinin qiyməti artımını davam etdirir

Aysel Əlibəyli 31 İyul 2026 · 09:55 1038 baxış Dünya enerji bazarlarında Azərbaycanın ixrac etdiyi “Azeri Light” (CIF) markalı xam neftin qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir […]