--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

TƏBİB və ABŞ şirkəti arasında süni intellekt üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 16:55 1084 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in nümayəndələri ilə ABŞ-nin “AldMD Technologies” şirkətinin təmsilçiləri arasında görüş keçirilib.

Görüş zamanı səhiyyə sahəsində süni intellekt texnologiyalarından və rəqəmsal həllərdən istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.Şirkət nümayəndələri həkimlə pasiyent arasında aparılan danışıqları strukturlaşdırılmış tibbi qeydlərə çevirən, həmçinin tibbi məlumatların təhlilinə imkan verən elektron səhiyyə platformasını təqdim ediblər.Tərəflər rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyasının tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iş proseslərinin daha səmərəli təşkili və pasiyent məmnuniyyətinin artırılmasına mümkün təsirlərini müzakirə ediblər.

Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri və innovativ tibbi həllərin tətbiqi imkanları da nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev İran Prezidentini ad günü münasibətilə təbrik edib

Next Article

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında yeni birgə layihələr müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşmən mövqelərini məhv edən Milli Qəhrəman – Fərhad Hümbətov

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 17:22 1064 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qəhrəmanlıq yolu ehtiramla yad edilir. Vətən uğrunda döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqla yadda qalan Fərhad Hümbətov Azərbaycanın […]

Ekspertiza sahəsində iş yükü 45 faiz artıb

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 00:03 1087 baxış Azərbaycanda ekspertiza sahəsində icraata daxil olan işlərin sayında son illər ciddi artım qeydə alınıb. Elpress.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov İTV-yə müsahibəsində deyib. […]