--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Mərkəzi Çağırış Komissiyasında TƏBİB-in təmsilçiliyi dəyişdirildi

Aysel Əlibəyli 28 İyul 2026 · 10:57 1076 baxış

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə fəaliyyət göstərən Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib.

Elpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Qərara əsasən, komissiyada TƏBİB-in təmsilçiliyi ilə bağlı yeni qayda müəyyənləşdirilib.

Belə ki, bundan sonra qurumu komissiyada İcraçı direktor deyil, direktor müavini təmsil edəcək.

Dəyişiklik Nazirlər Kabinetinin 14 iyun 2016-cı il tarixli, Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibini tənzimləyən qərarına edilən düzəliş çərçivəsində həyata keçirilib. Yeni qərarla komissiyanın fəaliyyətində TƏBİB-in nümayəndəliyi yenilənmiş qaydalara uyğun təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunur

Next Article

Yasamalda yol infrastrukturu yenilənir: Asfaltlanma işləri davam edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:50 1048 baxış Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub. Elpress.az xəbər verir ki, yeni xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun […]

Mustafa Abbasbəyli vəzifəsini dəyişib

Aysel Əlibəyli 19 Avqust 2026 · 11:16 1070 baxış Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad edilib. Elpress.az xəbər verir ki, Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.Məlumata görə, Mədəniyyət Nazirliyində strukturun təkmilləşdirilməsi və […]