--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlərə viza proseduru sadələşdirilir

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:51 1082 baxış

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana səfər edəcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, müvafiq məlumatların Azərbaycanın beynəlxalq hava limanlarında viza alma imkanları barədə Nazirliyin, eləcə də ölkənin xaricdəki səfirlik və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək.Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviaşirkətləri Formula 1 yarışı ilə bağlı ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırmalıdır.

Yeni qaydaların yarış günlərində Azərbaycana səfər edən xarici vətəndaşların ölkəyə giriş prosesini asanlaşdıracağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Next Article

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də yeni təyinat – şöbə müdiri vəzifəsinə gətirildi

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 05:47 1100 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlə Vaqif Əhmədov qurumun […]

Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunur

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 10:50 1090 baxış Elpress.az xəbər verir ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə ölkənin hüquq-mühafizə […]