--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:39 1086 baxış

Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb

Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud olduğunu göstərir.Təkamül biologiyasına əsasən, yumurta qoyaraq çoxalan canlılar müasir toyuqlardan və hətta quşlardan yüz milyonlarla il əvvəl Yer üzündə yaşayıb. Paleontoloji məlumatlara görə, yumurtlayan canlıların tarixi təxminən 540 milyon il əvvələ gedib çıxır.Balıqlar, sürünənlər və sonrakı dövrlərdə dinozavrlar toyuqlar meydana gəlməzdən milyonlarla il əvvəl yumurta vasitəsilə çoxalıblar.Alimlərin fikrincə, ilk toyuq da tam olaraq müasir toyuq olmayan əcdadının qoyduğu yumurtadan inkişaf edib. Ev toyuğunun əsas əcdadlarından biri Cənub-Şərqi Asiyada yaşayan qırmızı meşə toyuğu hesab olunur. Uzunmüddətli təkamül və nəsillər ərzində baş verən genetik dəyişikliklər nəticəsində müasir ev toyuqları formalaşıb.Bu yanaşmaya görə, ilk toyuq hesab edilə biləcək canlı da özündən əvvəlki əcdadının qoyduğu yumurtanın daxilində inkişaf edib. Yəni toyuqdan əvvəl yumurta artıq mövcud olub.Beləliklə, təkamül biologiyasının izahına əsasən, bu sualın cavabı yumurtadır. Yumurtanın tarixi müasir toyuqdan deyil, quşların yaranmasından da yüz milyonlarla il əvvələ gedib çıxır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mal ətinin qiyməti 25 manata yüksəlib

Next Article

İran rəsmisindən region ölkələrinə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə başlayır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:28 1061 baxış Elpress.az xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq təhsil həyatının yeni mərhələsinə başlayacaq. Bunu elm və təhsil naziri […]

Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:30 1056 baxış Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə birinci sinfə qəbul zamanı üzrlü səbəbdən gecikmiş uşaqlar üçün boş yerlərə elektron seçim imkanı yenidən yaradılacaq. Məktəb və […]

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 09:02 1052 baxış Elpress.az xəbər verir ki, sentyabrın 4-də Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir […]