--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Dünya Bankında Azərbaycan üzrə yeni müşavir təyin olunub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:30 1022 baxış

Elpress.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Yeni vəzifəsində Paşacanov fəaliyyətinin ilk mərhələsində həm Dünya Bankında, həm də Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanı təmsil edəcək.Anar Paşacanovun əmək fəaliyyətinin böyük hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən etibarən Mərkəzi Bankın Pul siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.Onun beynəlxalq maliyyə qurumları ilə də geniş əməkdaşlıq təcrübəsi var. Paşacanov əvvəlki fəaliyyəti dövründə BVF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq istiqamətlərində birgə iş aparıb.

Qeyd edək ki, Anar Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir. Həmçinin ABŞ-ın Michigan State Universitetində “Hubert H. Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Goranboyda gecə saatlarında yanğın baş verib

Next Article

TƏBİB-in tabeliyindəki qurumda yeni təyinat olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Musiqidən təsirlənən insanların fərqli xüsusiyyəti

Aysel Əlibəyli 21 İyul 2026 · 14:58 1046 baxış Musiqi dinləyərkən bədənin ürpəşməsi beynin xüsusi reaksiyası ola bilər Elpress.az xəbər verir ki, bəzi insanlar musiqi dinləyərkən bədənlərinin ürpəşməsi və tüklərinin biz-biz olması hissini yaşayırlar. Mütəxəssislər […]

Bakıda 4 əsas yolda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 13 Avqust 2026 · 08:23 1040 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan əsas yollar bunlardır: Bakı-Sumqayıt şosesi – “20 […]

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi rəsmiləşdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 17:57 1034 baxış Prezident İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini nəzərdə tutan qanunvericilik dəyişikliklərini təsdiqləyib. Elpress.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsində, eləcə də […]

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:02 1036 baxış Qismən Ay tutulması dünyanın bir sıra bölgələrindən görünəcək, Azərbaycanda isə yalnız qısa müddət müşahidə olunacaq Elpress.az xəbər verir ki, 2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də […]