--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 08:29 1040 baxış

Elpress.az xəbər verir ki, elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və artan tələbatın qarşılanması məqsədilə bu gün paytaxtın bir sıra ərazilərində transformator məntəqələrində təmir işləri aparılacaq.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələrinin bəzi hissələrində, həmçinin Bakı Kənar Dairəvi Yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bundan əlavə, Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan Ağa Nemətulla, Arif Hacıyev və Arif Heydərov küçələrinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, təmir işlərinin başa çatdırılmasından sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB-in tabeliyindəki qurumda yeni təyinat olub

Next Article

Maduro həbsdən sonra çəkilən ilk fotosunun necə əldə edildiyini oğlu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1024 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı […]

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1074 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]

Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 09:00 1030 baxış Elpress.az xəbər verir ki, bu gün paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, fasiləyə səbəb yüksək […]