--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1128 baxış

Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir.

Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur zamanı məlumat verib.Onun sözlərinə görə, ölkəyə qanuni yollarla gəlmək istəyən əcnəbilər üçün prosedurların sadələşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.

Bu məqsədlə vizasız rejimin əhatə dairəsi genişləndirilir, sərhəd keçid prosedurları təkmilləşdirilir və elektron xidmətlər inkişaf etdirilir.Vüsal Hüseynov bildirib ki, hazırda Azərbaycan 17 ölkənin vətəndaşlarına vizasız giriş imkanı yaradır. Bununla yanaşı, 89 ölkənin vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilir, 11 ölkənin vətəndaşları isə vizanı birbaşa hava limanında rəsmiləşdirmək imkanına malikdir.

DMX rəisi əlavə edib ki, son dövrdə Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina da daxil olmaqla bir sıra ölkələrlə vizasız rejimin tətbiqi istiqamətində yeni addımlar atılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İKZF yarım ildə 226 milyon manat kredit verib

Next Article

Ukrayna Belqoroda zərbə endirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

M4 yolunun Cəngi hissəsində təhlükəsizlik tədbiri görülüb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:46 1080 baxış M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində sürücülərin diqqətini artırmaq və nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədilə yol nişanlanması aparılıb. Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat […]

Bu gün Beynəlxalq Qeyri-zorakılıq Günüdür

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 06:29 1120 baxış Bu gün – oktyabrın 2-si dünyada Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd olunur. Elpress.az xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilib. […]