--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Avtovağzal” və “Xocəsən” metrosu üçün avtobusların hərəkətində yeni qayda

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 00:08 1090 baxış

Elpress.az xəbər verir ki, metroya girişin müvəqqəti olaraq ödənişsiz olacağı “Avtovağzal” və “Xocəsən” stansiyalarına sərnişinlərin daha rahat çatması üçün avtobus marşrutlarının hərəkətində dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, sözügedən metro stansiyaları müntəzəm avtobus marşrutları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyənləşdirilib.Bakı-Sumqayıt yolundan paytaxta doğru hərəkət edən bir sıra avtobuslar “Avtovağzal” metro stansiyasının “Piramida” istiqamətində yerləşən hissəsində yaradılmış dayanacaqdan istifadə edəcək.Dayanacaq sərnişinlərin rahat şəkildə avtobus seçə bilməsi üçün üç hissəyə bölünüb və müvafiq nişanlarla işarələnib.Burada Sumqayıt və Ceyranbatan istiqamətindən gələn 500, 503 və 508, Xırdalanda fəaliyyət göstərən 119 və 135, Masazırdan gələn 142, 525A və 525B, Müşfiqabad istiqamətində hərəkət edən 114A və 114B, Hökməlidən gələn 156 və 156A, Sulutəpədən gələn 158, Çiçək qəsəbəsindən gələn 159, Binəqədidən gələn 170, eləcə də Biləcəri istiqamətindən hərəkət edən 83A nömrəli avtobuslar aralıq dayanacaqda saxlayacaq.Avtobusların dayanacaqdan sonra Bakı-Sumqayıt yoluna maneəsiz çıxışını təmin etmək məqsədilə ərazidə xüsusi hərəkət zolağı da yaradılıb.

Bundan başqa, Lökbatandan gələn 130 nömrəli və Xocəsən qəsəbəsi istiqamətindən hərəkət edən 102 nömrəli avtobuslar üçün aralıq dayanacaq kimi “Xocəsən” metro stansiyası müəyyən edilib.Yeni təşkilati tədbirlərin metro və avtobus nəqliyyatı arasında əlaqəni asanlaşdıracağı və sərnişin axınının daha rahat idarə olunmasına şərait yaradacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Formula 1 Bakıda tədrisə də təsir etdi: universitetlərdə distant təhsilə keçilir

Next Article

Azərbaycana payız gəldi: Gündüzlər qısalacaq, gecələr uzanacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

64 ildən sonra evləndilər

Aysel Əlibəyli 26 İyul 2026 · 21:23 1070 baxış 90 yaşlı qadın 64 illik münasibətdən sonra sevgilisi ilə nikaha daxil olub Elpress.az xəbər verir ki, Keniyada yaşayan 90 yaşlı Tabita Vanqui və 95 yaşlı İbrahim […]

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1062 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 20:26 1118 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Ankarada görüş keçirib. Elpress.az xəbər verir ki, görüş NATO liderlərinin sammiti ərəfəsində baş tutub. Tərəflər […]