--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Anar Bayramov işğaldan azad olunan ərazilərdəki tibb müəssisələrində olub

Aysel Əlibəyli 30 İyun 2026 · 00:10 1074 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib.

Səfərin əsas məqsədi azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

İki günlük səfərin ilk günündə Ağdərə rayonu ərazisində yerləşən Talış kənd Ailə Sağlamlıq Mərkəzi və Suqovuşan həkim məntəqəsi, həmçinin Tərtər Rayon Mərkəzi Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kəngərli tibb məntəqəsi, Saraçlı həkim məntəqəsi və Ağdam Modul Tipli Xəstəxanasının fəaliyyəti ilə tanışlıq olub. Baxış zamanı tibb müəssisələrinin fəaliyyəti, infrastruktur imkanları, maddi-texniki bazası, tibbi avadanlıqlarla təminatı, kadr potensialı, vətəndaşlara göstərilən tibbi xidmətlərin təşkili və iş prosesinin daha da təkmilləşdirilməsi istiqamətində aidiyyəti şəxslərlə müzakirələr aparılıb.

Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsi, müasir tibbi xidmətlərin əlçatanlığının artırılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ilə bağlı görüləcək işlər də nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda temperatur 40 dərəcəyə çatacaq

Next Article

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:15 1028 baxış Psixoloqlar açıqladı: Yüksək zəkaya sahib insanların ən mühüm ortaq xüsusiyyəti bəlli olub Elpress.az-ın məlumatına əsasən, Yüksək idrak qabiliyyətinə malik insanların düşüncə prosesləri üzərində aparılan araşdırmalar göstərir […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1022 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]

Bakı–Naxçıvan aviareysləri yenidən həyata keçirilir

Aysel Əlibəyli 08 İyul 2026 · 11:05 1044 baxış Bakı–Naxçıvan marşrutu üzrə hava nəqliyyatında yaranan fasilə aradan qaldırılıb və uçuşlar yenidən normal rejimdə həyata keçirilir. Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Naxçıvan […]

Azərbaycanda 143 dərman vasitəsinin yeni qiyməti təsdiqləndi

Aysel Əlibəyli 23 İyul 2026 · 00:37 1018 baxış Elpress.az xəbər verir ki, Tarif Şurasının növbəti iclasında ölkədə satışda olan bir sıra dərman vasitələrinin qiymətləri yenidən tənzimlənib. Qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi […]