--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İsa Türkoğlu: Qürbətdə böyüyən azərbaycanlı uşaqların ana dilində təhsili vacibdir.

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 18:47 1108 baxış

Elpress.az xəbər verir ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində, milli tarix və mədəni dəyərlər əsasında təhsil almasının əhəmiyyəti gündəmə gətirilib.

İsa Türkoğlunun fikrincə, qloballaşma və miqrasiya şəraitində xaricdə böyüyən azərbaycanlı uşaqların milli kimliyinin qorunması yalnız ailələrin deyil, dövlət qurumlarının və diaspor təşkilatlarının da diqqətində olmalıdır.Qeyd edilir ki, ana dilinin öyrənilməsi, Azərbaycan tarixi və mədəni irsi ilə tanışlıq uşaqların milli mənsubiyyətlərini daha yaxşı dərk etməsinə və ölkə ilə mənəvi bağlarının möhkəmlənməsinə imkan yaradır.Böyük Britaniya və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqların həmin ölkələrin təhsil imkanlarından yararlanaraq müxtəlif sahələrdə uğur qazanmasının mümkün olduğu vurğulanır. Bununla yanaşı, onların Azərbaycan dili və milli-mədəni dəyərləri mənimsəməsi gələcəkdə ölkənin beynəlxalq səviyyədə tanıdılmasına və milli maraqların təmsil olunmasına töhfə verə bilər.Müəllif bu istiqamətdə dövlət qurumları ilə diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsini, həftəsonu Azərbaycan məktəblərinin və dil kurslarının fəaliyyətinin genişləndirilməsini, eləcə də mədəni-maarif proqramlarının inkişaf etdirilməsini təklif edib.İsa Türkoğlu dövlət qurumlarına müraciət edərək xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində təhsilinə dair konkret proqramların hazırlanmasını və bu sahəyə maliyyə dəstəyinin artırılmasını tövsiyə edib.Onun fikrincə, bu gün milli təhsilə yönəldilən sərmayə gələcəkdə Azərbaycanla bağlılığı güclü olan intellektual və ictimai potensialın formalaşmasına xidmət edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL-ın sərnişin aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub

Next Article

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:57 1104 baxış Serbiyada saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Elpress.az xəbər verir ki, Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyadan ölkəmizə ekstradisiya olunub. Ədliyyə Nazirliyinin məlumatına […]

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1110 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]

İlham Əliyev Laos Prezidentini rəsmi mərasimlə qarşılayıb

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 11:33 1076 baxış Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşü keçirilib. Laos lideri ölkəmizdə rəsmi səfərdədir. Elpress.az xəbər verir ki, oktyabrın 13-də […]

“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 22:44 1108 baxış Bakıda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi Çexiya klubunu iki cavabsız qolla məğlub edib. Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Sabah” “Slaviya” ilə […]