--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1147 baxış

Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın hökumət və parlament nümayəndələri, diplomatik korpus üzvləri, işgüzar dairələrin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.Mərasim Azərbaycan və Tacikistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və onun Şərqdə ilk demokratik respublika kimi əhəmiyyətindən danışıb.Diplomat müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yoluna toxunaraq, ölkənin siyasi, iqtisadi və beynəlxalq mövqeyinin möhkəmləndiyini bildirib. O, son illərdə əldə olunan uğurlar, həyata keçirilən iri layihələr və Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verib.Səfir çıxışında Vətən müharibəsi və sonrakı dövrdə ölkənin ərazi bütövlüyünün təmin olunmasını, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərini də diqqətə çatdırıb. Həmçinin mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı məsələlər barədə tədbir iştirakçılarına məlumat verilib.Tədbir çərçivəsində Azərbaycan-Tacikistan münasibətlərini əks etdirən sərgi nümayiş olunub, ölkəmizin tarixi, mədəniyyəti və inkişafını əks etdirən videoçarxlar təqdim edilib.Mərasimin bədii hissəsində Tacikistanın tanınmış opera ifaçılarından biri tərəfindən Azərbaycan musiqi nümunələri səsləndirilib. Qonaqlara milli mətbəximizin müxtəlif təamları da təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident minifutbol millimizin Avropa çempionluğu ilə bağlı paylaşım edib.

Next Article

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 1093 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1124 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 1034 baxış Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan […]