--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Dinamo”nun baş məşqçisi istefaya göndərildi

Kiyevin “Dinamo” klubunda baş məşqçi dəyişikliyi baş verib. İqor Kostyuk tutduğu vəzifədən azad olunub. Elpress.az xəbər verir ki, qərar Ukrayna çempionatının IX turunda “Polissya”ya 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib. Klub prezidenti İqor Surkis məşqçi […]

Energetika sahəsində çalışan şəxslər təltif edildi

Prezident İlham Əliyev energetika sahəsinin inkişafında xidmətləri olan şəxslərin mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb. Elpress.az xəbər verir ki, sənədə əsasən, sahənin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs dövlət təltiflərinə layiq görülüb. Belə ki, Ziyəddin […]

Avropada sosial narazılıq artır: etirazların səbəbi nədir?

Avropanın bir sıra ölkələrində vətəndaşlar bahalaşma, mənzilə çıxışın çətinləşməsi və ictimai xidmətlərlə bağlı problemlərə etiraz edirlər. Tələbələrin, həmkarlar ittifaqlarının və digər sosial qrupların qatıldığı aksiyalarda hökumətlərin iqtisadi və sosial siyasəti də tənqid olunur. Elpress.az xəbər […]

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanda səhiyyə sisteminin idarəetmə strukturunda dəyişiklik edilib. TƏBİB bundan sonra Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədə əsasən, TƏBİB-in nizamnamə fondu qurumun öz əmlakı hesabına […]

Teymur Musayevə yeni vəzifə verildi

Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin olunub. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib.

Anar Bayramov səhiyyə naziri təyin edildi

Azərbaycanda səhiyyə sisteminin idarə olunmasında yeni təyinat həyata keçirilib. Anar Bayramov səhiyyə naziri vəzifəsinə gətirilib. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının fərmanına əsasən, TƏBİB Səhiyyə Nazirliyinin […]

Misli Premyer Liqasında mövsümün azarkeş rekordu yenilənib

Misli Premyer Liqasının VIII turu cari mövsümün ən çox tamaşaçı toplayan oyun həftəsi olub. Qarşılaşmaları stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib. Elpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqladığı məlumata əsasən, turun orta tamaşaçı göstəricisi […]

Bakı–Qəbələ marşrutunda əlavə qatar reysləri olacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı ilə Qəbələ arasında əlavə qatar reysləri təşkil ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7, 8, 9 və 10-da […]

Nizami rayonunda su təchizatı iki gün məhdudlaşdırılacaq

Bakının Nizami rayonunda bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Məhdudiyyət oktyabrın 19-dan 21-dək davam edəcək. Elpress.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasilənin şəbəkəyə qoşulma işləri ilə əlaqədar olacağını açıqlayıb. Texniki […]

Abşeron Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbər heyətində dəyişiklik olub. Tibb müəssisəsinə yeni baş həkim təyin edilib. Elpress.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı əmrə əsasən, Rafiq Nağıyev bu vəzifəyə gətirilib. O, bundan əvvəl […]