--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Uitkoff: Cənubi Qafqazda sülh prosesində yeni mərhələ başlayıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 12:28 1044 baxış

Elpress.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində əldə olunan irəliləyişləri dəyərləndirib.

Uitkoff “Washington Examiner” nəşrində yayımlanan məqaləsində bildirib ki, regionda sülh prosesinin intensivləşməsi ABŞ-nin Azərbaycan və Ermənistanla apardığı danışıqlardan sonra mümkün olub.Onun sözlərinə görə, prosesin əsas mərhələlərindən biri 2025-ci ilin martında Bakıya səfərindən sonra başlayıb. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin regional sabitliyin təmin olunması və sülhün əldə edilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirdiyini qeyd edib.Uitkoff Ermənistanın Baş naziri Nikol Paşinyanın da danışıqlar prosesində praqmatik yanaşma sərgilədiyini vurğulayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Bakı və İrəvanda aparılan intensiv müzakirələr zamanı tərəflərin mövqeləri daha ətraflı öyrənilib və münaqişənin həllinə yeni yanaşmalar formalaşıb.

Məqalədə Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsinin təmin olunması məsələsinə də toxunulub. Uitkoff bu istiqamətdə yeni və yaradıcı yanaşmanın vacibliyini bildirib və ABŞ-nin təşəbbüsləri nəticəsində TRIPP konsepsiyasının meydana gəldiyini qeyd edib.Diplomat ABŞ-nin son bir il ərzində Azərbaycan və Ermənistanla sözügedən razılaşmanın həyata keçirilməsi istiqamətində əməkdaşlıq etdiyini bildirib.Uitkoffun fikrincə, atılan addımlar nəticəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitlik baxımından müsbət dinamika yaranıb.O, regionda əldə olunan nəticələrin Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın siyasi iradəsi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, TRIPP təşəbbüsü Azərbaycanı Naxçıvanla əlaqələndirən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda “Limitless Drive” layihəsi çərçivəsində 30 min kilometrlik sürüş testi başlayıb

Next Article

Zaqatalada TIR-la avtomobil toqquşdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Aysel Əlibəyli 15 İyun 2026 · 18:04 1106 baxış ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqin təhlükəsizlik sisteminə və qlobal enerji bazarlarına təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Analitiklərin fikrincə, proses üç […]

AQTA kərə yağları ilə bağlı pozuntular aşkarladı

Aysel Əlibəyli 18 İyul 2026 · 12:37 1066 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kərə yağları ilə bağlı aparılan plandankənar yoxlamalar zamanı bir sıra etiketləmə pozuntuları aşkarlanıb. Elpress.az xəbər verir ki, bunu AQTA-nın Qida […]