--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Türkiyədə səfərdə olan Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb

Aysel Əlibəyli 04 İyul 2026 · 09:01 1054 baxış

Elpress.az xəbər verir ki, Türkiyədə keçirilən “Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti təlim proqramını başa vuraraq Vətənə qayıdıb.

Təlim çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə şəxsi heyətlə görüşərək təlimin gedişi və qarşıya qoyulan tapşırıqların icrası ilə tanış olub.

Azərbaycan heyətinin rəhbəri, polkovnik Zaur Məmmədov təlimin nəticələri barədə məruzə edib.Səfər zamanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüş keçirib.

Tərəflər hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, birgə təlimlərin əhəmiyyəti, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.Komandanlar, həmçinin təlim fəaliyyətini havadan izləyib, daha sonra sərgidə nümayiş etdirilən müasir hərbi texnika və silah nümunələri ilə tanış olublar.

Təlimdə Azərbaycan hərbi qulluqçularının nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib. Səfərin başa çatmasının ardından nümayəndə heyəti Azərbaycana qayıdıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Next Article

Yasamalda yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Danimarkada 4 partiyalı yeni hökumət quruldu

Aysel Əlibəyli 02 İyun 2026 · 11:31 1128 baxış Mette Frederiksen 69 gün davam edən və Danimarka tarixinin ən uzun koalisiya danışıqları nəticəsində dörd partiyalı yeni hökumətin formalaşdırıldığını açıqlayıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, […]

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 1130 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]

Trampdan İrana sərt xəbərdarlıq

Aysel Əlibəyli 21 İyun 2026 · 18:02 1112 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranı Livandakı “Hizbullah” hərəkatı ilə bağlı sərt şəkildə xəbərdar edib. Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Tehranın […]