--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:29 1052 baxış

Elpress.az xəbər verir ki, Türkiyə və Rusiya arasında keçirilən diplomatik məsləhətləşmələr zamanı Cənubi Qafqaz və Mərkəzi Asiyadakı proseslər diqqət mərkəzində olub.
Görüşdə tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ilə yanaşı, Rusiya-Ukrayna münaqişəsi barədə də fikir mübadiləsi aparıblar.
Müzakirələrdə Türkiyəni Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəhbəri, səfir Mehmet Samsar, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.
Tərəflər Mərkəzi Asiya və Cənubi Qafqazda regiondan kənar təşəbbüslərin qarşısının alınmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə fəaliyyət göstərən “3+3” Regional Əməkdaşlıq Platformasının işinin davam etdirilməsinə də diqqət ayrılıb.
Tərəflər regional məsuliyyət prinsipi əsasında platformanın fəaliyyətinin davam etdirilməsini sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Next Article

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:43 1112 baxış Müdafiə Nazirliyinin bir qrup hərbçisi xidmət fəaliyyətinə görə yüksək qiymətləndirilib və təltif edilib Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərində fərqləndiklərinə görə təltif olunub.Təltif olunan hərbçilər […]

İlham Əliyev Kambocanın Baş naziri ilə görüşüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:10 1078 baxış Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Maneti qəbul edib. Elpress.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin […]