--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 70 baxış

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsini təmin edib.

Elpress.az Azərtac- a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım açıqlamasında səsləndirib.Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən imzalanan sənəd strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.O bildirib ki, bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu, regionda sabitliyin qorunmasına, ölkələrin müdafiə potensialının güclənməsinə və təhlükəsizliyin təmin olunmasına xidmət edir.Deputat qeyd edib ki, sənəddə iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat-kommunikasiya layihələri və Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı hədəflər regionun iqtisadi xəritəsinin yenidən formalaşmasına töhfə verir.Fatma Yıldırım vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı da Şuşa Bəyannaməsinin praktiki nəticələrindən biridir. Onun sözlərinə görə, bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən mühüm strateji manifestdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Next Article

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 32 baxış Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha […]

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 42 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]