--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1036 baxış

Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Sərhat Köksal Bakıda keçirilən QDTİB Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində təşkil olunan Biznes Forumda səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar ölkədə investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Sərhat Köksal bildirib ki, QDTİB ilə Azərbaycan arasında əməkdaşlıq artıq 20 ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafına əsaslanan tərəfdaşlıq prinsipləri üzərində formalaşıb.O qeyd edib ki, bu müddət ərzində Bank maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri maliyyələşdirərək yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə mühüm töhfə verib.

QDTİB prezidenti Biznes Forumun yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, tədbirin Azərbaycanın gələcək iqtisadi inkişafına əlavə töhfələr verəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Next Article

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdəki evlər köçkünlərə veriləcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:45 1016 baxış Azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlər yaşayış sahələrini mülkiyyətə əldə edəcəklər. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə daimi […]

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1118 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]

Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Aysel Əlibəyli 24 İyun 2026 · 11:45 1082 baxış Elpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilib. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak […]