--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 1072 baxış

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev bu barədə IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı danışıb.Dövlət başçısı qeyd edib ki, ötən il Çinə dövlət səfəri və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Onun sözlərinə görə, hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir və onlar iri investisiya, eləcə də infrastruktur layihələrində iştirak edirlər.Prezident bildirib ki, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərindən biri də müdafiə sahəsidir. İlham Əliyevin sözlərinə görə, Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib. Bu məhsulların bir hissəsi Qələbənin beşinci ildönümünə həsr olunan hərbi paradda nümayiş etdirilib, digər hissəsi isə hazırda ölkəyə gətirilir.Dövlət başçısı həmçinin Orta Dəhliz, liman infrastrukturu, günəş enerjisi layihələri və BYD şirkəti ilə elektrik avtobuslarının birgə istehsalı istiqamətində əməkdaşlığın da uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Çin şirkətləri layihələri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirmələri ilə seçilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Next Article

“Türk pop musiqisinin anası” – Sezen Aksu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Seçicilərə təsir göstərən partiya nümayəndəsi saxlanıldı

Aysel Əlibəyli 07 İyun 2026 · 20:51 1088 baxış Ermənistanda keçirilən seçkilərlə bağlı qanun pozuntusu faktı üzrə araşdırma aparılır. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məlumata görə, Güclü Ermənistan partiyasının səlahiyyətli nümayəndəsi A.H.-nin bir qrup […]

NK məcburi köçkünlərlə bağlı qaydanı təsdiqləyəcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:42 1038 baxış Nazirlər Kabineti azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərə veriləcək yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydasını dörd ay ərzində təsdiqləyəcək. Elpress.az xəbər verir ki, Prezidentin fərmanına əsasən, Nazirlər […]