--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1163 baxış

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüş keçirib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Görüş zamanı elm və təhsil sahələri, o cümlədən ümumi, peşə və ali təhsil istiqamətləri üzrə mövcud əməkdaşlığın cari vəziyyəti və yaxın perspektivdə həyata keçirilməsi planlaşdırılan təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.Eyni zamanda, Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mümkün istiqamətlər müəyyənləşdirilib və bu sahədə yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.Səfər çərçivəsində nazir müavini Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində olub. Firudin Qurbanov burada universitetin rektoru Aleksandr Juk və Belarus Respublikasının təhsil nazirinin birinci müavini Aleksandr Baxanoviçin müşayiəti ilə Tədris Robototexnikası Respublika Resurs Mərkəzi, müasir idman kompleksi, zəngin kitabxana sistemi və rəqəmsal elektronika üzrə tədris laboratoriyası ilə tanış olub, universitetin maddi-texniki bazası barədə ətraflı məlumat alıb.Daha sonra nazir müavini həmin ali təhsil müəssisəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Firudin Qurbanov Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib və mərkəzə Qarabağ irsi ilə bağlı zəngin kitablar hədiyyə edib.Səfər çərçivəsində Firudin Qurbanov Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirib. Görüş zamanı nazir müavini tələbələrin həm təhsil aldıqları ölkədə, həm də beynəlxalq akademik mühitdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib, Azərbaycan və Belarus ali təhsil müəssisələri arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb və bu əməkdaşlığın tələbələr üçün yaratdığı geniş imkanlardan bəhs edib. Sonda tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri diqqətlə dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldonun bazar dəyərində növbəti eniş

Next Article

Heydər Əliyev prospektində qəza səbəbilə sıxlıq yaranıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1205 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]

Berdiməhəmmədov: Azərbaycanın C5+1 formatına qoşulması yeni imkanlar yaradır

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 11:00 1038 baxış Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulması regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Elpress.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Avaza”da […]

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:35 1046 baxış Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edib. Elpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Malayziya münasibətlərinin hazırkı vəziyyəti və […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1106 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]