--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib

Aysel Əlibəyli 22 İyun 2026 · 15:14 1108 baxış

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş baş tutub.

Görüş zamanı Azərbaycan lideri Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfərinin ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.Tərəflər iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini, o cümlədən iqtisadiyyat, enerji, nəqliyyat, humanitar əlaqələr və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Prezident İlham Əliyev qarşıdakı dövrdə imzalanacaq sənədlərin münasibətlərin geniş gündəliyinin göstəricisi olduğunu vurğulayıb.Azərbaycan Prezidenti həmçinin Türkmənistanın Füzuli şəhərində məscid hədiyyə etməsi ilə bağlı təşəbbüsə görə təşəkkür edib və bunu xalqlar arasında səmimi qardaşlıq münasibətlərinin nümunəsi kimi qiymətləndirib.Görüşdə mədəni əlaqələrin inkişafı, xalqların ortaq tarixi və humanitar əməkdaşlığın əhəmiyyəti də qeyd olunub. Liderlər nəqliyyat və enerji təhlükəsizliyi sahələrində Azərbaycan-Türkmənistan əməkdaşlığının regional və qlobal əhəmiyyət daşıdığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda zoomağaza açmaq gəlirli biznes ola bilərmi?

Next Article

Mərdəkanda dənizdə 4 nəfər batıb, axtarışlar davam edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:04 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində tədbirlər davam etdirilir. Elpress.az “Report”a istinadən xəbər verir ki, iyunun 12-də Baş prokuror Kamran Əliyev […]

Emin Məmmədxanlı vəzifəsindən azad olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:49 1030 baxış Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı tutduğu vəzifədən ayrılıb. Elpress.az xəbər verir ki, Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci […]