--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Əliyev və Pelleqrini Baş Qərvənddə məktəbin təməlini qoyublar

Aysel Əlibəyli 14 İyul 2026 · 14:14 1046 baxış

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində aparılan quruculuq işləri ilə tanış olublar.

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndinə səfər ediblər.Dövlət başçılarına kənddə həyata keçirilən tikinti və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, uzun illər işğal altında qalan və 2020-ci il noyabrın 20-də azad edilən kənddə hazırda yaşayış evləri, sosial və mühəndis infrastrukturu inşa olunur.Səfər çərçivəsində prezidentlər Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbinin təməlini qoyublar. Məktəbdə müasir tədris otaqları, laboratoriyalar, kitabxana, idman və akt zalları yaradılacaq, binanın enerji təminatı üçün günəş panelləri quraşdırılacaq.Qeyd olunub ki, Baş Qərvənd kəndinin tikintisində Slovakiya şirkətləri iştirak edir, məktəb binası isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilir.Daha sonra İlham Əliyev və Peter Pelleqrini kənddə inşa edilən nümunəvi yaşayış evində yaradılmış şəraitlə də tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nihat Kahveci saxlanılıb

Next Article

Rumıniya nəşri Xəzər dənizinin strateji rolundan bəhs edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aleksandr Vuçiç dövlət başçısını təbrik edib.

Aysel Əlibəyli 26 May 2026 · 20:47 1156 baxış Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Məktubda bildirilir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1089 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]

Baş prokuror Kəlbəcərdə qəbul keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:12 1026 baxış Kamran Əliyev Kəlbəcərdən olan vətəndaşların müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev iyulun 21-də Kəlbəcər rayonundan olan vətəndaşları qəbul edib. Qəbul zamanı 17 […]